Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-09-2024 , 21:55

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Günel Ağayeva: “Tüntül bələdiyyəsi daim aztəminatlı ailələrin sosial-məişət qayğılarıyla maraqlanır”


“Tüntül bələdiyyəsi hər daim aztəminatlı ailələrin sosial-məişət qayğılarıyla maraqlanır, onların müraciətlərini bələdiyyə iclasında müzakirəyə çıxarır”- bu fikirləri  Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Günel Ağayeva bildirib.

Sədrin sözlərinə görə, bu günlərdə kənd sakini Məmmədova Gülxar Osman qızının evinin tavan hissəsinin təmir olunmasına və bəzi çatışmayan ev materiallarının alınması ilə bağlı müraciəti bələdiyyə iclasında müzakirə edilərək yardım edilməsi qərara alınmış, bununla yanaşı həmin yaşlı xanımın müalicəsi üçün də 200 manat həcmində maddi yardım göstərilmişdir.

Bundan başqa Tuntul bələdiyyəsi ahıl yaşda olan aztəminatlı xanım olan Abbasova Naribə Əhəd qızına qiş tədarükü üçün beş kub quru odun və 100 manat həcmində maddi yardim göstərilmişdir.

Bu günlərdə bələdiyyə iclasında müzakirə edilən məsələlərdən biri də  aztəminatlı ailə olan Abdulkərimov Rəvan Mehman oğlunun azyaşlı usaqlarına məktəbli paltarının alınması üçün 200 manat  maddi yardım təqdim edilməsi olmuşdur.

Sədr bildirib ki, Tüntül bələdiyyəsinə müraciət edən hər bir vətəndaşın arzu və istəyi kənarda qalmır. Əsas məqsədimiz vətəndaş məmnunluğunun təmin edilməsinə bələdiyyə olaraq töhfə verməkdir.

Belediyye.info 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər